ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin 1000-dən çox əməkdaşı bu gün işini dayandıracaq.
Modern.az xəbər verir ki, jurnalistlərin tətilə başlaması gözlənilir.
Məlumata görə, buna səbəb rəhbərliklə işçiləri təmsil edən NewsGuild həmkarlar ittifaqının əmək haqqı, pensiya və digər müavinətlər ətrafında gedən danışıqlarda orta məxrəcə gələ bilməməsi olub.
Qəzet işçiləri maaşların artırılmasını tələb edirlər. Onlar bildiriblər ki, tələbləri yerinə yetirilməsə işə başlamayacaqlar.