Modern.az

Neftin ucuzlaşması iqtisadiyyatımıza necə təsir edəcək...

Neftin ucuzlaşması iqtisadiyyatımıza necə təsir edəcək...

Aktual

10 Dekabr 2022, 15:25

Azərbaycan nefti ucuzlaşıb, 1 barelə görə qiyməti 1,76 ABŞ dolları və ya 2,14% azalaraq, 80,33 dollar təşkil edib.

 

Bunun iqtisadiyyatımıza mənfi təsiri olacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan neftinin qiymətinin aşağı düşməsi müvəqqəti xarakter daşıyır:

 

"Azərbaycan neftinin qiyməti dünya bazarındakı digər neft markalarının qiymətinə uyğun dəyişir. Sadəcə Azərbaycan nefti daha qiymətli və keyfiyyətli olduğu üçün digər neft markaları ilə müqayisədə onun daha yaxşı qiymətə satıldğığını müşahidə etmişik. Hazırda Azərbaycan neftinin qiymətinin ucuzlaşması müvəqqəti xarakter daşıyır. Hər il dekabr ayının ortalarına və sonuna doğru Azərbaycan neftinin qiymətinin enişini müşahidə edirik. Növbəti il biz yenidən neftin qiymətində artım müşahidə edəcəyik".


İqtisadçının sözlərinə görə, hətta neftin qiyməti indiki kimi qalsa belə, Azərbyacan iqtisadiyyatı üçün heç bir təhlükə yoxdur:
 

"Əvvəla ona görə ki, Azərbaycanın 2023-cü il büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Yəni bütün risklər  sığotalanıb. Hazırkı neft təxminən bu rəqəmdən 160 faiz baha satılır. Növbəti ildə vəziyyətin belə olacağını gözləyirəm. Azərbaycanın Dövlət Neft Fondunda 45 milyard 386 milyon dollar valyuta ehtiyatı var. Yəni neft qiymətlərinin 10 günlük, bir aylıq  aşağı düşməsi ölkə iqtisadiyyatı, yaxud ölkə valyuta ehtiyatları üçün ciddi təhlükə yaratmır. Hansısa təhlükədən yalnız neftin qiyməti 40 dolların altına düşsə və bu, ən azı 6 ay çəksə danışmaq olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?