Modern.az

Zakir Fərəcov Türkiyədə yaşayan xanıma ev hədiyyə edib?

Zakir Fərəcov Türkiyədə yaşayan xanıma ev hədiyyə edib?

Aktual

22 Dekabr 2022, 11:12

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Türkiyədə yaşayan bir xanıma 4 otaqlı mənzil hədiyyə etdiyi bildirilir. İddialara görə, icra başçısı ona yaxın olan deputat vasitəsilə hədiyyəni xanıma təqdim edib. 

 

Hətta bildirilir ki, Z.Fərəcov xanımın ailə üzvlərindən birinin toyuna elə həmin deputatı yollayıb və çox qiymətli hədiyyələr göndərib. Sözügedən xanımın kimliyi açıqlanmasa da, onun Zakir Fərəcova çox yaxın olduğu güman edilir. 

 

Modern.az-ın əməkdaşı iddialara aydınlıq gətirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyilənlərin doğru olmadığını bildirib.

 

"Sözügedən iddialar əsassızdır. Şayiələrə inanmaq lazım deyil",- deyə E.Qocayev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?