Modern.az

20 Yanvar faciəsi milli azadlıq mübarizəsini alovlandırıb - VİDEO

20 Yanvar faciəsi milli azadlıq mübarizəsini alovlandırıb - VİDEO

Aktual

20 Yanvar 2023, 17:43

20 Yanvar qətliamı Sovet İttifaqının elə də böyük olmayan əyalət respublikasında, yəni dünyanın kiçik dövlətində törədilmişdi. Buna baxmayaraq, hadisə imperiya ərazisində qarşısıalınmaz olaylara yol açdı.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
 

Onun sözlərinə görə, 20 Yanvar hadisəsi Sovet imperiyasının bütün ərazilərində milli azadlıq mübarizəsini alovlandırıb:
 

“Nəticədə imperiyanın süqutu qaçılmaz oldu. Sovet imperiyasının süqutu isə öz növbəsində dünya siyasi-iqtisadi sistemini, qarşılıqlı beynəlxalq əlaqələrin yeni mərhələsinin yaranmasına səbəb oldu. Nəticə etibarilə 20 yanvar gecəsi Bakıda baş verən hadisələr zəncirvari reaksiyaya uğrayaraq, bütövlükdə dünya miqyaslı dəyişikliklərə gətirib çıxardı. Bu hadisə dünyamiqyaslı inqilab təsirinə malik oldu. Bizim üçün faciə olsa da, dünyanın gələcəyi baxımından daha mütərəqqi hadisələrə yol açdı”.
 

Deputat bildirib ki, dünya bu hadisəni layiqincə qiymətləndirməyib:
 

“Təəssüf ki, dünya 20 Yanvar hadisəsini layiqincə qiymətləndirmədi. Bu günə qədər də 1990-cı ilin 20 yanvar gecəsində Bakıda törədilmiş qətliamı dünyanın bir çox ölkələrində lokal münaqişə kimi dəyərləndirirlər. Onun dünya üçün əhəmiyyətini kiçiltməyə çalışırlar. Lakin biz özümüzün nəyə qadir olduğumuzu və dünya üçün hansı tarixi xidməti yerinə yetirdiyimizi yaxşı bilirik. Yəqin ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan, bütün xalqların ümumi taleyini düşünən elm və siyasi fikir adamları Bakıda baş vermiş 20 Yanvar hadisələrini daha dərindən təhlil edəcəklər. Onlar 20 Yanvar şəhidlərinin dünyanın siyasi inkişafında oynadığı müstəsna rolu lazımınca dəyərləndirəcək. Şəhidlərin tarix qarşısındakı qəhrəmanlıqlarını etiraf edəcəklər”.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?