Modern.az

Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb - RƏSMİ

Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb - RƏSMİ

Aktual

10 Mart 2023, 15:08

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb.

 

Modern.az xəbər verir, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər".

 

V. Kərimov qeyd edib ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı