Modern.az

Günün havası - Küləkli, 26 dərəcə isti...

Günün havası - Küləkli, 26 dərəcə isti...

Aktual

13 Mart 2023, 07:51

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı