Modern.az

“Heydər Əliyev İli” çərçivəsində konsert verilib - FOTOLAR

“Heydər Əliyev İli” çərçivəsində konsert verilib - FOTOLAR

Aktual

15 Mart 2023, 09:37

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının  və Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konsert proqramı təşkil edilib.

 

Kəlbəcər rayon Mədəniyyət sarayında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət sarayının foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab və rəsm sərgisinə baxış keçiriblər.

 

Daha sonra  Ümumilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd edilib.

 

Tədbir Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

 

Qeydə edək ki, “Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayonunda silsilə tədbirlər davam etdiriləcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı