Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilib.
Modern.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Ermənistan-Azərbaycan münaqişəsində heç bir dini tərəf olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüb. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunamasını görürük. İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadi və sosial məzmunlara ciddi təsiri var. İslamofobiya özünün doğurduğu nəticələr baxımından müxtəlif kontektstlərdə mövcuddur”, - deyə Fərid Şərifiyev qeyd edib.