Modern.az

Növbəti Zirvə görüşü Qazaxıstanda keçiriləcək

Növbəti Zirvə görüşü Qazaxıstanda keçiriləcək

Aktual

16 Mart 2023, 16:38

Türk Dövlətləri Təşkilatının (TDT) onuncu yubiley Zirvə görüşü oktyabrda Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə bildirib.

 

O bildirib ki, hazırda dünyada mürəkkəb geosiyasi və iqtisadi vəziyyət yaranıb.

 

“Belə bir vəziyyətdə türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi çox vacibdir. Bizim təşkilat beynəlxalq arenada layiqli yer tutduğunu nümayiş etdirir. Ölkələrimizin siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə yüksəltməsi vacibdir”, - deyə Tokayev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı