Modern.az

“Azərpoçt” yeni poçt markası dövriyyəyə buraxdı

“Azərpoçt” yeni poçt markası dövriyyəyə buraxdı

Aktual

25 Mart 2023, 14:58

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Novruz bayramı münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb.

 

MMC-dən Modern.az-a bildirilib ki, buraxılış 4 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb, nominal dəyəri 0.50 AZN təşkil edir. Poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir