Modern.az

Prezidentin Laçına təyin etdiyi xüsusi nümayəndə KİMDİR?

Prezidentin Laçına təyin etdiyi xüsusi nümayəndə KİMDİR?

Aktual

28 Mart 2023, 13:32

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Modern.az xəbər verir ki, M.Məmmədov yeni təyinatadək iqtisadiyyat nazirinin müşaviri olub.

 

O, daha əvvəl bir sıra yüksək vəzifələrdə işləyib. Məsim Məmmədov, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı