Modern.az

İsti su sayğaclarının quraşdırılmasına başlanıldı

İsti su sayğaclarının quraşdırılmasına başlanıldı

Aktual

14 Aprel 2023, 11:20

Azərbaycanda istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev məlumat verib.

 

O bildirib ki, ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılır.

 

İlham Mirzəyev sayğaclarının quraşdırılmasının istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə edildiyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...