Modern.az

3 ay əvvəlki ölümlə bağlı cinayət işi açıldı

3 ay əvvəlki ölümlə bağlı cinayət işi açıldı

Aktual

17 Aprel 2023, 12:58

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Qəbələ rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?