Aprelin 17-də ABŞ rəsmilərinin Bakı və İrəvana səfəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunması, Azərbaycan Ordusunun hərbi təlimləri gündəmin əsas mövzuları olub.
Modern.az ötən günün icmalını təqdim edir:
Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. Plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov yeni təyin olunmuş kənd təsərrüfatı naziri Məcnun Məmmədovu nazirliyin kollektivinə təqdim edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə dünən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Digər bir sərəncamla, Mürsəl İbrahimov yeni rəis təyin edilib. Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Mürsəl İbrahimovu kollektivə təqdim edib.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Qeyd olunub ki, ermənilərin yaydığı bu məlumat həqiqəti əks etdirmir.
Azərbaycan əhalisinin sayı açıqlanıb. 2023-cü il mart ayının 1-nə olan statistikaya əsasən, əhalinin sayı 10 135 373 nəfər təşkil edib. Bildirilib ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.
Aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti 2 may səhər saat 08:00-dan etibarən bərpa olunacaq.
Azərbaycanda Ramazan bayramı namazının nə vaxt qılınacağı açıqlanıb. Bayram namazı aprelin 21-i saat 09:00-da Təzəpir məscidində qılınacaq.
Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.
Dünən, həmçinin Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.
Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı cinayət işi açılıb. Həmçinin, Ermənistan ombudsmanı Anahit Manasyan Azərbaycan Silahlı Qüvvələrinin əsirlikdə olan 2 əsgərinə baş çəkib.
Rusiyalı siyasətçi Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanət, “arzuolunmaz təşkilatla” əməkdaşlıq və ordu haqqında “saxta məlumat”ların yayılması ittihamı ilə mühakimə olunub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkədəki Ahıska türkləri icmasının bütün nümayəndələrinə vətəndaşlıq veriləcək.
ABŞ Dövlət Departamentinin köməkçisinin müavini Erika Olson İrəvana səfər edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Erika Olsonla görüşüb. Ermənistan-ABŞ əməkdaşlığının, o cümlədən regionda sabitliyin və sülhün təmin edilməsi kontekstində daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan da Olsonla görüş keçirib. Rubinyan görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə toxunub. Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə məlumat verərkən, bunu Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə Ankaradan üzr istəyib.
Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına yola salınıb.
Almaniyanın keçmiş kansleri Angela Merkel aprelin 17-də ölkəsinin ən yüksək dövlət mükafatına layiq görülüb. Ona Almaniya Federativ Respublikasının Böyük Xaç ordeni verilib. Mərasim Berlindəki Bellevue qəsrində baş tutub və mükafatı eks-kanslerə Almaniya prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.
Rusiya XİN başçısı Sergey Lavrov Braziliyaya gedib. Lavrov braziliyalı həmkarı Mauro Vieira ilə görüşüb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Xəzər dənizindən içməli su əldə ediləcək - Yeni layihə nə vəd edir?
Ukraynanı minalardan təmizləməyə 10 il vaxt lazımdır - Kəşfiyyat
Cənubi Qafqazda İran-Rusiya rəqabəti - Gizli sənədlər ortaya çıxdı
Arzu Rəhimovun yerinə təyin edilən rəis KİMDİR... - FOTO
Dollardan imtina mümkündürmü? - ŞƏRH
Bütün nəslimizi biabır edir - Əməkdar artistin bacısı
Baş, cinsiyyət orqanları, qulaq kəsilməsi videoları alırıq - Ombudsman
Türkiyəli atletlər İlham Əliyevə və xanımına təşəkkür etdilər - VİDEO
Bayrağımızın yandırılmasına beynəlxalq REAKSİYALAR - Üzr istəməlidirlər!
“WhatsApp”da yeni funksiya: Artıq mətnləri dəyişmək olacaq
Rəşad Dağlıya əlavə ittiham verildi
Azərbaycanda repetitor fəaliyyəti ləğv edilir? - Nazirdən AÇIQLAMA
Azərbaycan əsgərinə işgəncə verənlər cəzalandırılmalıdır - XARİCDƏN ŞƏRH
Buraxılış imtahanları bitdi, şikayətlər bitmədi - Nələr dəyişməlidir...
Gənclərin elmə marağı azalır... - 20 il gözləmək lazım deyil!
"Google" da süni intellekt sisteminə keçid edir
ABŞ-dan Türkiyə F-16-larına YAŞIL İŞIQ
Hindistan əhali sayına görə Çini KEÇDİ
Ermənistan hərbçilərimizə böhtan atır - İrəvan cavab verməlidir!
İnceyə bəd xəbər: Partiyadan 350 istefa - "Dərdi Kılıçdaroğludur"