Modern.az

Xocavənd, Füzuli və Cəbrayılda “Qurban Payı” aksiyası keçirilib

Xocavənd, Füzuli və Cəbrayılda “Qurban Payı” aksiyası keçirilib

Aktual

10 İyul 2022, 11:31

COJEP Beynəlxalq Təşkilatının təşəbbüsü ilə Xocavənd, Füzuli və Cəbrayıl rayonlarında “Qurban Payı” aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Dialog və İnkişaf Alyansı və “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB həmin aksiyada tərəfdaş kimi iştirak ediblər.

 

Müsəlman dünyasının mənəvi birlik və həmrəyliyinin simvolu olan müqəddəs Qurban bayramı münasibətilə 9 iyul 2022-ci il tarixində Xocavənd rayonunda, 10 iyul 2022-ci il tarixində Füzuli və Cəbrayıl rayonlarında sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələr, şəhid ailələri, qazilər, qocalar və kimsəsiz insanlar həmin aksiyaya cəlb olunublar. Aksiya yerli İcra Hakimiyyətlərinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar