Xəbər verdiyimiz kimi, Caliber.az saytının şərhçisi, jurnalist Fuad-Muxtar Ağbabalı vəfat edib.
Modern.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyası jurnalistin vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
“Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, partiyanın inkişafında, təşkilatlanmasında, fəaliyyətində və beynəlxaq əlaqələrin inkişafında əvəzsiz xidmətləri olan əqidəli istiqlalçı, uzun illər ərzində AMİP-in Beynəlxalq məsələləri üzrə katibi, Partiyanın Baş Katibi və sədr əvəzi olaraq fəaliyyət göstərmiş AMİP Ali Məclisinin üzvü Fuad Muxtarov dünyasını dəyişib.
AMİP lideri Etibar Məmmədov, AMİP sədri, AMİP Ali Məclisi, Siyasi Şura, MİK və Mərkəzi Aparat adından Fuad müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun”.