Modern.az

Milli Məclisin deputatı MÜSİAD Azərbaycanda - FOTO

Milli Məclisin deputatı MÜSİAD Azərbaycanda - FOTO

Aktual

25 Sentyabr 2024, 21:51

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə MÜSİAD Azərbaycanın ofisini ziyarət edib 

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın sədri Rəşad Cabirli məlumat yayıb.

 

"Görüş zamanı ölkəmizdə, regionda sahibkarlığın inkişafı, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq perspektivlərilə bağlı fikir mübadilələri apardıq. 

 

Yenicə təsis edilmiş Quba İş Adamlarına Dəstək (QİAD) Birliyi və ümumiyyətlə regionda fəaliyyət göstərən təşkilatlarla, sahibkarlarla əməkdaşlığın əhəmiyyəti, prioritetləri haqqında müzakirə apardıq. 

 

Əlibala müəllimə göstərdiyi diqqətə və ziyarətinə görə təşəkkürümüzü bildiririk", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!