Modern.az

Turizm qeyri-neft sektorunun inkişafına töhfələr verir - Mikayıl Cabbarov

Turizm qeyri-neft sektorunun inkişafına töhfələr verir - Mikayıl Cabbarov

Aktual

29 Sentyabr 2024, 10:14

Turizm sahəsi ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verməklə yanaşı, tarixi-mədəni irsimizin və müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından da əhəmiyyətli rola malikdir.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”dəki hesabında yazıb.

 

“Bu gün ölkəmizdə Turizm İşçiləri Günü qeyd olunur. Bu münasibətlə turizm sektorunun təmsilçilərinə təbriklərimizi çatdırır, uğurlar və yeni nailiyyətlər arzulayırıq”, - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!