Modern.az-ın əməkdaşı, parlament müxbiri Aysel Məhərrəmlinin toy mərasimi keçirilib.
Modern.az xəbər verir ki, əməkdaşımızın toyunda “Modern Media Qrup”un rəhbəri Elşad Eyvazlı ilə yanaşı bir sıra xarici qonaqlar da iştirak edib.
Türkiyənin ölkəmizdəki mətbuat müşaviri Cihangir İşbilir, Macarıstanın "Magyar Hirlap" qəzetinin redaktoru Zsolt SütoNagy, Bolqarıstanın Dövlət xəbər agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz, Özbəkistanın “Yoshlar” (Gənclər) telekanalının baş redaktoru Həmzə Jumayev Hayotzade qonaqlar arasında olublar.
İlk dəfə bir Azərbaycan toyunda iştirak etdiyini deyən Cihangir İşbilir mətbuat müşaviri vəzifəsinə təyin olunması xəbərini Aysel Məhhərrəmlinin yazdığını, Aysellə tanışlıqlarının bu xəbərdən sonra başladığını bildirib. O, həmçinin Ayselin əsl jurnalist və insani keyfiyyətləri yüksək olan bir xanım olduğunu vurğulayaraq ona xoş arzularını dilə gətirib.
Bəylə gəlinə ən xoş arzu və diləklərini çatdıran xarici qonaqlar, eləcə də redaksiyanın əməkdaşları sonda onlarla xatirə fotosu çəkdiriblər.




