Modern.az

Bu avtobusun nömrəsi dəyişir

Bu avtobusun nömrəsi dəyişir

Aktual

30 Sentyabr 2024, 20:37

Sabahdan Bakıda 60 nömrəli müntəzəm marşrut xətti “BakuBus” MMC-nin istismarında olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

 

Sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun “Koroğlu” stansiyasını birləşdirir.

 

Bundan başqa, sabahdan “Koroğlu” metrostansiyası ilə Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 171 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi “BakuBus”un istismarında olacaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!