Modern.az

Pezeşkianın İsrailə hücum barədə əvvəldən xəbəri olmayıb - İDDİA

Pezeşkianın İsrailə hücum barədə əvvəldən xəbəri olmayıb - İDDİA

Aktual

2 Oktyabr 2024, 11:04

İran İslam Respublikasının oktyabrın 1-i axşam saatlarında İsrailə etdiyi raket hücumu ilə bağlı yeni iddia yayılıb.

Modern.az-ın məlumatına görə, “Nyu-York Tayms”ın köşə yazarı Tomas Fridman öz mənbələrinə istinadən bildirib ki, İran prezidenti Məsud Pezeşkiana İslam Respublikasının İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə əvvəldən məlumat verilməyib.

Jurnalist yazır ki, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri təşkil edib.

İddiaya görə, Pezeşkian hücum başlayandan sonra xəbərdar olub. Hücum əmrini isə İranın ali lideri Ayətullah Əli Xamenei verib və bu barədə prezident Məsud Pezeşkian əvvəldən xəbərdar olunmayıb.

Məlumatda qeyd edilir ki, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarını göstərə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək