Modern.az

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı

Aktual

5 Oktyabr 2024, 15:25

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.

Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək