Modern.az

İranın İsraillə birbaşa qarşıdurma planları

İranın İsraillə birbaşa qarşıdurma planları

Aktual

6 Oktyabr 2024, 16:54

İran komandanlığı İranın İsraillə birbaşa qarşıdurmaya girməsi halında bir neçə fəaliyyət planı hazırlayıb.

 

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Əlirza Tanqsirib bildirib.

 

O deyib ki, İsrailin Baş naziri Binyamin Netanyahu “odla oynayır” və bununla əlaqədar İran hərbçiləri bir sıra təlimlər keçiriblər.

 

Tanqsirib qeyd edib ki, hərbçilər İsrailin mümkün hərəkətlərinə tam hazırdırlar, bununla belə İranın cavab formaları və əks-zərbələri İsrail tərəfinin nə edəcəyindən asılı olacaq.

 

“İranın İsraildəki hədəflər siyahısı var və “Həqiqi vəd 2” əməliyyatı sübut edib ki, biz istədiyimiz hər yeri əsasından dağıda bilərik”, – mənbə vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!