Modern.az

Sabah Şuşada Türk dövlətlərinin səhiyyə nazirləri görüşəcək

Sabah Şuşada Türk dövlətlərinin səhiyyə nazirləri görüşəcək

Aktual

7 Oktyabr 2024, 14:10

Hazırda türk dövlətləri arasında bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri inkişaf edir. Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresində Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.

Akademik qeyd edib ki, tibbin kardiologiya və onkologiya sahələrini birləşdirən bir çox səbəb var: “Onkoloji xəstəliklər, adətən, yaşlı nəslin problemidir. Onkoloqlar onları müalicə etdiyi zaman ürək-damar patologiyası ilə bağlı kardioloqlara müraciət edirlər.

Düşünürəm ki, konqresdə yüksək texnologiyaların bu sahədə tətbiqi ilə müalicə və müayinə üsulları və aktual problemlər barədə geniş müzakirələr aparılacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək