Modern.az

Qasım Süleymaninin xələfi barədə xəbər təkzib olundu

Qasım Süleymaninin xələfi barədə xəbər təkzib olundu

Aktual

7 Oktyabr 2024, 15:22

İran İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani hazırda vəzifəsinin başındadır.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bunu SEPAH-ın Qüds Qüvvələri komandanının koordinasiya işləri üzrə müavini, briqada generalı İrəc Məscidi deyib.


O, İsmayıl Qaani ilə əlaqələrin kəsildiyi barədə xəbərləri şayiə adlandırıb.
 

Xatırladaq ki, İsrailin keçən həftə Beyruta endirdiyi aviazərbələrdən sonra Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani ilə əlaqələrin itdiyi barədə xəbərlər yayılıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada