Modern.az

Əliyev sabah Paşinyanla görüşə bilər

Əliyev sabah Paşinyanla görüşə bilər

Aktual

7 Oktyabr 2024, 16:50

Rusiya prezidenti Vladimir Putin bu axşam MDB ölkələrinin başçıları ilə qeyri-rəsmi görüş keçirəcək.

Modern.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Axşam prezidentin sabahkı (Dövlət Başçıları Şurasında) görüşdə iştirak etmək üçün Moskvaya gələcək MDB ölkələrinin dövlət və hökumət başçıları ilə qeyri-rəsmi toplantısı olacaq”, - Peskov jurnalistlərə bildirib.


Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.


İclasda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. Nikol Paşinyan artıq Rusiyaya gedib.

Əliyevlə Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüb-görüşməyəcəkləri barədə dəqiq məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək