Modern.az

Quldurluq edən gənclər tutuldu

Quldurluq edən gənclər tutuldu

Aktual

8 Oktyabr 2024, 09:47

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 3-də rayon ərazisində bir nəfərin 380 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə saxlanılmışdı.

Modern.az xəbər verir ki, davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvləri, əvvəllər məhkum olunmuş 18 yaşlı F.Vəliyev və 21 yaşlı Ə.Həsənzadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!