Modern.az

Ermənistan parlamenti delimitasiya reqlamentini bu tarixdə müzakirə edəcək

Ermənistan parlamenti delimitasiya reqlamentini bu tarixdə müzakirə edəcək

Aktual

11 Oktyabr 2024, 09:16

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası oktyabrın 21-də delimitasiya komissiyalarının reqlamentinin ratifikasiyası məsələsini müzakirə edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsas məruzəçi baş nazirin müavini Mher Qriqoryan, həmməruzəçi isə komissiyanın rəhbəri Sarkis Xandanyan olacaq.
 

Sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında Əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalayıblar.

Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.

Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.
 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi (Qazax rayonu istiqamətində-red.) demarkasiya edilib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək