Modern.az

Hidayət Heydərov cüdoçuların reytinqində liderdir 

Hidayət Heydərov cüdoçuların reytinqində liderdir 

Aktual

17 Oktyabr 2024, 17:36

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinqdəki liderliyini qoruyur.

Modern.az xəbər verir ki, dünya reytinq sıralamasında 1-ci yerdə qərarlaşan azərbaycanlı idmançının ümumi xalları 9004-dür.

Olimpiadadan sonra Heydərovun göstəricisi 10004 xal idi, lakin zaman keçdikcə reytinq siyahısında bəzi dəyişikliklər baş verib və əvvəlki nəticələrin reytinqdəki çəkisi azalıb.

İkinci sırada digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) yer alıb. Onun 7762 xalı var.

Üçüncü yerdə isə gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) gəlir - 7335 xal.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək