Modern.az

Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Aktual

27 Fevral 2025, 10:27

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...