Modern.az

PKK atəşkəs elan edib

PKK atəşkəs elan edib

Aktual

1 Mart 2025, 10:29

PKK terror təşkilatı atəşkəs elan edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Terror təşkilatının silahlıları həbsdə olan PKK lideri Abdullah Öcalanın "silahları buraxın" çağırışına əməl ediləcəyini bildiriblər.

"Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz tərəfimizdən çağırışın tələblərinə əməl edib həyata keçirəcəyimizi bildiririk. Bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik", - PKK rəhbərliyi bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?