Modern.az

Dövlət qurumlarına kiberhücumların sayı artıb

Dövlət qurumlarına kiberhücumların sayı artıb

Aktual

5 Mart 2025, 09:25

Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Modern.az Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.

Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə fevralda isə 120 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib. 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?