Modern.az

337 şəhidin həyat hekayəsi bir kitabda toplandı

337 şəhidin həyat hekayəsi bir kitabda toplandı

Aktual

Bu gün, 17:50

Biləsuvardakı 1 saylı Cəbrayıl qəsəbə klubunda şairə, publisist  Dürdanə Qaraşovanın “Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, İctimai birliklərin üzvləri, yazarlar, şəhid ailələri, müharibə əlilləri, veteranlar, orta məktəb müəllim və şagirdləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edənlər bildiriblər ki, erməni silahlı birləşmələri Qarabağı, Şərqi Zəngəzuru müharibə ocağına çevirəndə yurdumuzun hər bölgəsindən olduğu kimi, Cəbrayıl rayonunun da yüzlərlə qəhraman övladı bu savaşa atılıb, vətən üçün səfərbər oldular. 

Vətən uğrunda savaçda 427 cəbrayıllı döyüşçü şəhidlik zirvəsinə ucalıb, yüzlərlə qazi öz sağlamlığını itirib.

Qeyd edilib ki, Vətən tarixinin ən şanlı səhifələrini öz şəhadətləri ilə yazan bu oğulların hər birinin keçdiyi döyüş yolu bir qəhrəmanlıq məktəbidir, hər biri böyük qürur və iftixar hissi ilə yad edilməyə layiqdir.

Dürdanə Qaraşovanın “Cəbrayıl  şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsidir. Şəhidlərimizin şərəfli döyüş yolunu işıqlandıran, xatirələrinin yaddaşlarda saxlanılması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynaması baxımından bu cür kitabların yazılmasının böyük əhəmiyyəti vurğulanıb.

“Cəbrayıl  şəhidləri” kitabı Vətən, torpaq uğrunda canından keçən 337 şəhid döyüşçünün həyat hekayələrini əks etdirir.

Mərasimdə iştrak edən şəhid ailələri kitabın müəllifinə təşəkkür ediblər.



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?