Modern.az

Yandırılan məktəblinin son durumu açıqlandı

Yandırılan məktəblinin son durumu açıqlandı

Aktual

Bu gün, 09:58

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Belə ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Modern.az xəsarət alan məktəblinin son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzində davam etdirilir:

"20.04.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!