Modern.az

İrəvanda polis Şahin Mustafayevə görə hərəkətə keçdi – VİDEO

İrəvanda polis Şahin Mustafayevə görə hərəkətə keçdi – VİDEO

Aktual

Bu gün, 12:47

İrəvanda hökumət binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Modern.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, onlarla polis əməkdaşı hazırda hökumət binasını qoruyur. Bildirilir ki, əraziyə əlavə qüvvələr cəlb olunub.

Qeyd edək ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvanda səfərdədir.  Səfərlə bağlı məlumatı Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib və əlavə detalların daha sonra açıqlanacağını bildirib.

Xatırladaq ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. İki ölkə arasında bu istiqamətdə son görüş ötən il noyabrın 28-də Qəbələ şəhərində keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!