Modern.az

Şahin Mustafayev erməni biznesmenlərlə görüşdü - VİDEO

Şahin Mustafayev erməni biznesmenlərlə görüşdü - VİDEO

Aktual

Bu gün, 17:44

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Şahin Mustafayevin avtomobil karvanı İrəvan yaxınlığındakı Ağveran qəsəbəsini tərk edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Şahin Mustafayevin burada erməni iş adamları ilə görüş keçirdiyi barədə məlumatlar var.

 Onun rəhbərlik etdiyi nümayəndə heyəti Ağveranda yerləşən "Apricot Hotels & Resort" otelində qalıb.

Qeyd olunur ki, Şahin Mustafayev hazırda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir və səfər bu istiqamətdə aparılan danışıqlar fonunda həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu