Modern.az

Prezidentdən Ermənistanla münasibətlərə dair mühüm mesaj 

Prezidentdən Ermənistanla münasibətlərə dair mühüm mesaj 

Aktual

4 May 2026, 12:36

 Azərbaycanla Ermənistan arasında sülh artıq reallığa çevrilib.

Modern.az xəbər verir ki, İlham Əliyev bu fikirləri Avropa Siyasi Birliyi Sammiti çərçivəsində İrəvan şəhərində keçirilən toplantıda videobağlantı vasitəsilə çıxışı zamanı səsləndirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılıb və artıq sülh prosesinin real nəticələri müşahidə olunur.

Onun sözlərinə görə, bu proses çərçivəsində Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulu ixrac edib. 

"Bu günədək Azərbaycan ərazisi ilə Ermənistana 28 min ton yük çatdırılıb".

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!