Modern.az

“Son zəng” günü ilə bağlı sürücülərə xəbərdarlıq

“Son zəng” günü ilə bağlı sürücülərə xəbərdarlıq

Aktual

Bu gün, 09:54

Fövqəladə Hallar Nazirliyi (FHN) təhsil müəssisələrində keçiriləcək “Son zəng” və “Məzun günü” tədbirləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Modern.az xəbər verir ki, müraciətdə bildirilir ki, bu günlərdə yolların sıxlığı və nizamsız parklama halları artacağı gözlənilir. Bu isə hadisə yerinə tələsən yanğınsöndürmə və xilasetmə texnikalarının hərəkətinə mane ola bilər.

Qeyd olunub ki, xüsusilə binaların giriş və həyət ərazilərində, yanğına qarşı su hidrantlarına yaxın yerlərdə və yolların hərəkət hissəsində avtomobillərin düzgün park edilməməsi fövqəladə hallara operativ müdaxiləni çətinləşdirir.

FHN sürücüləri operativ nəqliyyat vasitələrinə yol verməyə, avtomobilləri yalnız icazə verilən yerlərdə park etməyə və hərəkətə maneə yaratmamağa çağırıb.

Nazirlik həmçinin xatırladıb ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar və bu, həm hüquqi, həm də mənəvi baxımdan ciddi nəticələr doğura bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!