“1 mart" işi üzrə təqsirləndirilən şəxs, keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına getməyib. Buna görə də hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə Antikorrupsiya Məhkəməsinin sözçüsü bildirib.
Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun tabeliyində olmuş şəxslər 2021-ci ildə bəraət almışdılar. Buna səbəb Konstitusiya Məhkəməsinin Köçəryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamını Konstitusiyaya zidd hesab etməsi olmuşdu.
Daha sonra Konstitusiya Məhkəməsinin Kassasiyası həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün geri göndərib. Yeni araşdırma çərçivəsində Köçəryan və onun tabeliyində olmuş şəxslərə vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin başçısının hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.