Modern.az

Salyanda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Salyanda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Aktual

Bu gün, 14:58

Salyan rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Heydər Əliyev adına Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra YAP Salyan rayon təşkilatında rəsmi yığıncaq keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, 15 İyun 1993-cü il Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, ölkənin müstəqilliyinin qorunub saxlanılmasında və sabitliyin bərpasında həlledici rol oynayıb.

R.Xəlilov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, son illərdə Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq mövqelərini möhkəmləndirib və ərazi bütövlüyünü tam bərpa edib.

Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon prokuroru Rəşad Mansurov, rayon polis şöbəsinin rəisi Nəzər Əsgərov və digər natiqlər Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyevin dövlətçilik fəaliyyətindən və ölkənin inkişafında oynadığı roldan danışıblar.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkənin iqtisadi və siyasi qüdrəti daha da artıb.

Sonda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynadığı qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ