Modern.az

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Aktual

Bu gün, 15:02

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) məzunlar üçün xüsusi platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Modern.az-a UNEC-in Karyera Mərkəzinin rəhbəri Sevinc Məcid məlumat verib. Onun sözlərinə görə, platformanın yaradılmasında əsas məqsəd UNEC məzunları arasında əlaqələrin gücləndirilməsi və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsidir. Yeni platformada qeydiyyatdan keçən məzunlar bir-biri ilə yazışa, qrup yoldaşlarını tapa və axtara, həmçinin müxtəlif illərdə universiteti bitirmiş məzunlarla əlaqə qura biləcəklər. İstifadəçilər platforma vasitəsilə digər məzunların fəaliyyəti və tutduqları vəzifələr barədə də məlumat əldə edəcəklər. “Məzun platforması”nda tədbirlərlə bağlı elanlar yerləşdiriləcək, məzunlar qeydiyyatdan keçərək iştirak edə biləcək, həmçinin platforma vasitəsilə xəbərlər və digər aktual məlumatlarla tanış olacaqlar.

Sevinc Məcid bildirib ki, bu təşəbbüs məzunlar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək. Eyni zamanda, universitet tərəfindən platforma üzvlərinə müxtəlif təbrik mesajlarının və məlumatların göndərilməsi də nəzərdə tutulur. Platforma UNEC məzunları üçün ayrıca hazırlanacaq və onların əsas sosial şəbəkələrdən kənar vahid ünsiyyət məkanı kimi fəaliyyət göstərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ