Modern.az

Azərbaycanda internetin sürəti artıb

Azərbaycanda internetin sürəti artıb

Aktual

16 İyun 2026, 15:20

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” may ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %) artıb.

Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin median sürəti isə 117,08 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,33 Mb/s (16,90 %), mobil internetin sürəti isə 26,20 Mb/s (28,83 %) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi