Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.
Modern.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı "Brent" markalı neftin 2026-cı ilin iyul müqaviləsinin dəyəri 2,01% azalaraq bir barel üçün 73,75 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə 2026-cı ilin iyun ayında ixrac edilməklə "WTI" markalı neftin bir barelinin qiyməti də 2,09% azalaraq 70,42 ABŞ dollarına bərabər olub.