Modern.az

Azərbaycan yəhudiləri İsraili "erməni soyqırımı"nı tanımamağa çağırdı

Azərbaycan yəhudiləri İsraili "erməni soyqırımı"nı tanımamağa çağırdı

Aktual

Bu gün, 16:49

Azərbaycanın üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin (Knesset) deputatlarına müraciət edərək qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsü dəstəkləməməyə çağırıblar.

Modern.az xəbər verir ki, müraciəti Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri İcmasının rəhbəri Gennadi İsayev imzalayıblar.

Müraciətdə bildirilir ki, qondarma "erməni soyqırımı"nın tanınması Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.

Sənəddə vurğulanır ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır.

Müraciət müəlliflərinin fikrincə, bu cür məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında əsassız gərginlik yarada və regionda etimad mühitinə zərər vura bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada