Modern.az

Şeyx Xameneinin vida mərasimində iştirak etməyəcək - ÖZƏL

Şeyx Xameneinin vida mərasimində iştirak etməyəcək - ÖZƏL

Aktual

2 İyul 2026, 15:14

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın mərhum ali lideri Ayətullah Seyyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, Şeyxülislam Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarixlərdə əvvəlcədən planlaşdırılmış başqa xarici səfərdə olacaq.

Belə ki, Allahşükür Paşazadə həmin günlərdə Özbəkistanda keçiriləcək rəsmi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Nəticədə onun Tehranda təşkil olunacaq vida və dəfn mərasimində iştirak etməsi baş tutmayacaq.

Qeyd edək ki, Seyyid Əli Xameneinin vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq.

Mərhum ali liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...