Modern.az

Azərbaycan və İordaniya arasında iki mühüm sənəd imzalandı

Azərbaycan və İordaniya arasında iki mühüm sənəd imzalandı

Aktual

Bu gün, 12:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Ayman əs-Səfadi arasında iki mühüm sənəd imzalanıb.

Modern.az xəbər verir ki, sənədlər viza və enerji sahələrini əhatə edir.

Bildirilib ki, sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Səfadi imzalayıblar.

Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum imzalayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV