İordaniya ilə qarşılıqlı ticarət dövriyyəsi bizi qane edə bilməz.
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Safadi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“İki ölkə arasında ticarət dövriyyəsinin artırırlması üçün işlər görülməlidir. Enerji, qida təhlükəsizliyi, investisyaların qoyulması istiqamətində böyük potensial mövcuddur. İqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək və yerində müşahidə aparacaqlar. Bu baxından biznes forumunda keçirilməsi vacib rol oynaya bilər. Bununla yanaşı mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq edilməlidir”, - o deyib.