Modern.az

Köç karvanları Ağdam və Xocavənddə çatdı - YENİLƏNİB

Köç karvanları Ağdam və Xocavənddə çatdı - YENİLƏNİB

Aktual

Bu gün, 13:20

Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə yola salınan köç mənzil başına çatıb.

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Bakıdan yola salınan 78 ailədən ibarət köç karvan mənzil başına çatıb.

Qeyd edək ki, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Ağdam şəhərinə 70 ailədən 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailədən 34 nəfər öz ata baba yurduna qayıdıb

09:02

***

Ağdam şəhərinə, Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?