Modern.az

Parisdəki Azərbaycan Evi Cəmiyyətinin təsisçisi vəfat etdi  

Parisdəki Azərbaycan Evi Cəmiyyətinin təsisçisi vəfat etdi   

Allah rəhmət eləsi̇n

17 Sentyabr 2018, 11:29

Parisdəki Azərbaycan Evi Cəmiyyətinin dörd təsisatçısından biri Hüseyn Azərmahd 78 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə sabiq diplomat Ramiz Abutalıbov bildirib:

“Onunla 1972-ci ildə tanış olmuşdum və 46 il sərasər imkanlarımızın əl verdiyi qədər Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmağa çalışır, çox vaxt buna müvəffəq olurduq. Azərbaycanı bütün varlığı ilə sevən Hüseyn Azərmahdın dünyadan köçməsi xalqımız üçün, Azərbaycanı sevənlər üçün çox böyük itkidir. Mərhumun xanımı və oğlu ilə birlikdə dərin hüzn içindəyik. Allah rəhmət eləsin!”.

Elnur Eltürk

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı