Modern.az

Bakı Metropolitenində sədr müavini vəfat edib

Bakı Metropolitenində sədr müavini vəfat edib

Allah rəhmət eləsi̇n

30 Avqust 2023, 12:52

Bakı Metropoliteni İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədr müavini Əlisəfa Bağırov vəfat edib.

Bu barədə Modern.az-a adı çəkilən qurumdan məlumat verilib.

1957-ci il təvəllüdlü Əlisəfa Bağırov əmək fəaliyyətinə 1978-ci ildə Bakı metrosunun tikintisində sıravi işçi kimi başlayıb, sonralar bir çox yüksək vəzifələrdə çalışıb. 1980-ci illərin əvvəllərində ictimai işlərdə fəallığı nəzərə alınaraq, əvvəlcə 7 saylı, sonradan 2 saylı tunel-tikinti dəstələrində həmkarlar təşkilatlarına rəhbər təyin edilib. 1993-cü ildə “Azərtunelmetrotikinti” ASC-də Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib və 2014-cü ilədək bu vəzifədə çalışıb. 2014-cü il sentyabrın 17-dən MİHİ sədrinin müavini vəzifəsində işləyib.

Əlisəfa Bağırov 2008-ci ildə AHİK-in “Həmkarlar ittifaqında xidmətə görə” medalı və həmkarlar hərəkatında göstərdiyi fəaliyyətə görə AHİK-in yubiley medalı, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı